AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş Nazir QƏRAR İMZALADI

  • + A
  • - A
  • 6-10-2021, 17:17


    Nazirlər Kabineti "Tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolunun nümunəsinin təsdiq edilməsi barədə" 2 avqust 2002-ci il tarixli, "Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi"nin təsdiq edilməsi haqqında" 28 fevral 2003-cü il tarixli və "Mülki Məcəllənin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 18 mart 2019-cu il tarixli qərarlarında dəyişiklik edib.

    Baş Nazir Əli Əsədov bununla bağlı yeni qərar imzalayıb.

    Qərara əsasən, bundan sonra Azərbaycanda satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının qüvvədəolma müddəti satınalma müqaviləsinin yerinə yetirilməsi müddətindən (tələb olunduğu halda texniki təminat müddəti daxil olmaqla) 30 bank günü çox olmalıdır.

    Tenderin əsas şərtlər toplusunda müqavilənin Sifarişçinin yuxarı idarəetmə orqanı tərəfindən təsdiq olunması nəzərdə tutulubsa, müqavilə həmin orqanın təsdiqinə qədər qüvvəyə minmir. Yuxarı idarəetmə orqanı təqdim olunmuş satınalma müqaviləsini 5 bank günündən gec olmayaraq təsdiq edir.

    Bundan başqa, tərəflərin qiymətlərə yenidən baxılmasına dair qərarı barədə qarşı tərəfə rəsmi məlumat verməsi üçün müddət 20 gündən 10 günə endirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR