AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazir Muxtar Babayev plastik çirklənməyə qarşı görülən tədbirlərdən danışdı

  • + A
  • - A
  • 7-10-2021, 22:42

    Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Avropa və Mərkəzi Asiya regionları üzrə “Plastik tullantıların idarə olunması üçün nüvə texnologiyaları (NUTEC Plastics)” layihəsi çərçivəsində videoformatda görüş keçirilib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, görüşdə Azərbaycanı təmsil edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Azərbaycanda plastik çirklənməyə qarşı görülən mübarizə tədbirləri barədə məlumat verib.

    Nazir plastik çirklənmə probleminin dayanıqlı həllində, xüsusilə dəniz mikroplastik tullantılarının monitorinqində nüvə texnologiyasının tətbiqi kimi qlobal təşəbbüsün faydasını vurğulayıb və bu təşəbbüs çərçivəsində gələcək əməkdaşlığın müsbət nəticə verəcəyini qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR