AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yazıçı Kəramət Böyükçöl Narkoloji Dispanserə yerləşdirildi

  • + A
  • - A
  • 7-10-2021, 22:50

    Yazıçı Kəramət Böyükçöl Narkoloji Dispanserə yerləşdirildi

    Yazıçı Kəramət Böyükçöl Maştağa Narkoloji Dispanserə yerləşdirilib.

    Azadmedia.az Kult.az-a istinadən xəbər verir ki, məlumatı yazıçının atası, şair Qəşəm Nəcəfzadə təsdiqləyib.

    O, oğlunun bu gün - oktyabrın 7-də səhər saatlarında dispanserə aparıldığını deyib.

    Kəramətin dəfələrlə müxtəlif xəstəxanalarda içki aludəçiliyindən müalicə aldığını bildirən Qəşəm Nəcəfzadə oğlununun intihar edəcəyindən ehtiyatlandıqları üçün bu addımı zəruri hesab edib.

    Kəramət Böyükçöl 1987-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Bakıda orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.

    "Çöl" (iki dəfə nəşr olunub), "Səkkizinci gün", "Məni kim tapa bilər?", "Əlqəmə" kitablarının müəllifidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR