Separatçı Araik Arutunyan Xankəndidə güllələndi.
Xankəndindəki erməni separatçılarının "rəhbəri" Araik Arutunyana sui-qəsd olub.
Azadmedia.az xəbər verir ki, bu haqda erməni jurnalist Karen Andriyan yazıb.
Erməni jurnalistin iddiasına görə, Arutunyana qarşı bu gün səhər saat 11 radələrində Xankəndidə sui-qəsd olub. Məlumatda qeyd olunur ki, Arutunyan avtomobilindən düşərkən ona silahlı hücum olub. Nəticə Araik Arutunyan yaralanıb. Xəbərdə bildirilir ki, sui-qəsdi həyata keçirənlər isə “Qayıdan qəhrəmanlar” adlı təşkilatın üzvləridir.
Hələlik Arutunyanın vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur. "Hücum edən şəxsin zərərsizləşdirildiyini şəhər sakinləri təsdiq edir", deyə Andriyan bildirib.