Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 904 yeni yoluxma faktı qeydə alınıb, 1196 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 490 130 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 470 861 nəfər müalicə olunaraq sağalıb, 6638 nəfər vəfat edib, aktiv xəstə sayı 12 631 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9664, ötən müddət ərzində isə ümumilikdə 4 932 673 test aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.