Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında üçtərəfli görüşün oktyabrın 13-də keçirilməsi planlaşdırılır.
"Report”un yerli bürosu xəbər verir ki, görüş Rusiya tərəfinin təşəbbüsü ilə keçiriləcək.
Məlumata görə, görüş patriarxın Danilov iqamətgahında təşkil ediləcək.
Oktyabrın 12-si Şeyxülislam Allahşükür Paşazadənin Moskva və bütün Rusiya Patriarxı Kirill ilə ikitərəfli görüşü baş tutacaq.
Qeyd edək ki, A.Paşazadə oktyabrın 11-də Rusiyaya səfərə gedib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.