AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyada məktəbdə atışma oldu

  • + A
  • - A
  • 18-10-2021, 09:08


    Rusiyanın Perm diyarının yaxınlığında məktəblərin birində atışma olub.

    AzadMedia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları insidenti törədən şəxsi saxlayıb.

    Məlumata əsasən, sözügedən şəxs 6-cı sinif şagirdidir. Bildirilir ki, o, odlu silahdan divara və tavana iki atəş açıb.

    İnsident nəticəsində xəsarət alan olmayıb. Hazırda hadisənin təfərrüatı araşdırılır.

    Xatırladaq ki, cari ilin sentyabrın 20-də Rusiyanın Perm Universitetində I kurs tələbəsi Timur Bekmansurov silahlı hücum təşkil etmiş, nəticədə 8 nəfər ölmüş, 20-dən çox insan yaralanmışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR