AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin sədrinin müavini Adil Əliyev Rusiya Beynəlxalq Tədqiqatlar Assosiasiyasının konventində çıxış edib

  • + A
  • - A
  • 18-10-2021, 19:46


    Oktyabrın 14-dən 16-dək Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) Rusiya Beynəlxalq Tədqiqatlar Assosiasiyasının 13-cü konventi keçirilib.
    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azadmedua az-a verilən məlumata görə Milli Məclis sədrinin müavini Adil Əliyev konventin işində iştirak edib. Vitse-spiker plenar sessiyada “Davamlı inkişaf və ESG-transformasiyalar” mövzusunda çıxış edib. O, qeyd edib ki, iqlim dəyişmələri və energetik transformasiyalar sahəsində bu tədbirdə müzakirə edilən mövzular Azərbaycan üçün xüsusilə aktualdır.
    Adil Əliyev bidlirib ki, ölkəmizdə Azərbaycan Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi yanında ictimai ekoloji şura yaradılıb, ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyi (IDEA) fəaliyyət göstərir, bu ilin əvvəlində isə IDEA birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın davamlı inkişafı naminə Milli Alyans (DANMA) təsis edilib.

    Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, son illərdə Azərbaycan sosial-iqtisadi inkişaf sahəsində ciddi tərəqqiyə nail olub. Prezident İlham Əliyev ekologiya problemlərinin həllinə böyük diqqət yetirir. Bu, ölkədə ekoloji və sosial-iqtisadi şəraitin xeyli yaxşılaşmasına gətirib çıxarıb. Azərbaycanda bütün hakimiyyət orqanları davamlı inkişaf prinsiplərinin və ideologiyasının dövlət səviyyəsində həyata keçirilməsi üzərində işləyirlər. 2017-ci ildə bizim ölkəmiz qlobal rəqabət qabiliyyətliliyə görə 69-cu yerdə qərarlaşıb. 2019-cu ildə isə Azərbaycan bu göstəricilərə görə 32-ci yerə yüksəlib.
    Qeyd edək ki, Rusiya Beynəlxalq Tədqiqatlar Assosiasiyasının XIII konventi “Prioritet 2030” strateji akademik liderlik proqramının dəstəyi ilə keçirilir. Konvent çərçivəsində bir sıra çoxtərəfli və ikitərəfli dialoq, elmi və təhsil təyinatlı tərəfdaş müəssisələrin tədbirləri də baş tutub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR