AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə 2022-ci ildə 5 ədəd amfibiya təyyarəsi ALACAQ

  • + A
  • - A
  • 21-10-2021, 10:55


    Türkiyə baş verə biləcək meşə yanğınlarının qarşısını almaq üçün bəzi tədbirlər görür.

    Riskli dönəmlərdə meşələrə girmək və ocaq yandırmaq bələdiyyələr tərəfindən qadağan ediləcək. Həmçinin meşələrdəki "yanğın hovuzları"nın sayının 4 156-ya çatdırıldığı bildirilib. Yanğın zamanı heyvanların qorunması üçün baytarlar da fəaliyyət göstərəcək.

    "Meşələrin qorunmasında yeni bir dövr başlayır", - deyə çıxış edən Meşə Baş Müdiri Bekir Karacabey onu da qeyd edib ki, yanan meşə sahələri yenidən qurularkən ağac növləri dəyişdirilməyəcək:

    "Lakin hər yerə eyni ağacların əkilməsi nəzərdə tutulmur. Yeni ərazilərdə meşə salınması üçün ən azı 30 faiz odadavamlı meşə ağaclarından da istifadə ediləcək".

    Baş direktor Karacabey açıqlamasında Türkiyənin 2022-ci ildə 5 ədəd amfibiya təyyarəsi alacağını bildirib:

    "10 təyyarə və 55 helikopter icarəyə götürmək, həmçinin 250 çiləyici və 5 amfibiya təyyarəsi almaq planlaşdırılır. Bu il PUA sayını 4-ə çatdırdıq. Mövcud insan resurslarımıza əlavə olaraq, Meşə Təsərrüfatı Baş İdarəmiz 2021-ci ildə 2 min 83 yanğınsöndürən işə götürüb".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR