AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vitse-spiker Adil Əliyev şəhid ailələrini ziyarət edib

  • + A
  • - A
  • 21-10-2021, 20:30


    Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, deputat Vüqar Bayramovla birlikdə oktyabrın 19-da Füzuli rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər, qarşısına tər çiçəklər qoyublar.
    Sonra Adil Əliyev və Vüqar Bayramov Füzuli rayonunda şəhid ailələrini baş çəkiblər, şəhidlərimizin anım tədbirlərində iştirak ediblər. Anım tədbirlərində Milli Məclis sədrinin müavini Adil Əliyev Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli ordumuzun torpaqları düşmən işğalından azad edərək bizə tarixi qələbə bəxş etməsinə diqqət çəkib. Bildirilib ki, məhz qəhrəmanlarımızın şücaəti nəticəsində 30 illik düşmən işğalına son qoyulub.
    Bir neçə gün əvvəl Füzuli şəhərinin düşmən işğalından azad edilməsinin bir ili münasibətilə bölgəyə səfər edən dövlət başçısının və birinci xanım Mehriban Əliyevanın Füzuli şəhərində müxtəlif infrastrukturların əsasını qoyması qeyd edilib. Regionda ilk dəfə olaraq Füzuli şəhərində Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlinin qoyulmasından danışan vitse-spiker rayonda 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsinin salınmasına diqqət çəkib.
    Millət vəkili Vüqar Bayramov Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə BMT-nin 30 il müddətində icra edilməyən dörd qətnaməsinin ölkəmizin cəmi 44 gün müddətində sülhəməcburetmə əməliyyatları ilə icra edərək tarixi nailiyyətə imza atdığını vurğulayıb. O, şəhidlərimizin tarixi qələbəmizin qazanılmasında dünyada ən şirin nemət olan canlarından keçməsini, göstərdikləri şücaəti xüsusi vurğulayaraq bununla da Azərbaycanın şərəf tarixinin ən parlaq səhifəsini yazdıqlarını bildirib.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR