AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu şəxslər Türkiyəyə F-16-ların verilməməsini tələb etdi

  • + A
  • - A
  • 22-10-2021, 14:38


    İkisi yunan əsilli olmaqla Nümayəndələr Palatasının üzvləri olan üç deputat ABŞ Dövlət Departamentinə məktub yazaraq F-16-ların Türkiyəyə verilməməsini tələb ediblər.

    Məktubda S-400-lərin alınmasına görə Türkiyəyə qarşı tətbiq edilən CAATSA sanksiyaları xatırladılıb.

    "Oktyabrın 17-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında ABŞ-ın "F-16 döyüş təyyarələrinin bir partiyasının satışını təklif etdiyini" deyib. Konqresin Türkiyənin F-35 proqramından xaric edilməsində

    israrlı olmasının səbəblərindən biri də S-400 və F-35-lərin birlikdə istifadəsi ilə bağlı risklərdir. Ekspertlər də Ankaranın S-400-lər almağa davam edəcəyi təqdirdə modernləşdirmə dəstlərinin Türkiyəyə verilməsinin də oxşar risklər yaradacağını bildirib. Hesab edirik ki, Türkiyənin tələbi ilə bağlı çoxsaylı xəbərlər və prezident Ərdoğanın özünün açıqlamaları bu mümkün satışa qarşı olduğumuzu bildirmək üçün kifayət qədər əsas verir. ABŞ Ərdoğan hökumətinin ABŞ qanunlarını və NATO alyansının standartlarını pozduğuna görə məsuliyyətdən yayınmasına icazə verə bilməz, - məktubda deyilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR