AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Döyülmə və ölüm halları olub" - Generaldan Tərtər hadisələri ilə bağlı AÇIQLAMA

  • + A
  • - A
  • 22-10-2021, 18:39


    Müdafiə Nazirliyinin Tibb Baş idarəsinin sabiq rəisi Natiq Əliyev Tərtər hadisələri ilə bağlı məsələlərə aydınlıq gətirib.

    Bu barədə Xural TV-də canlı efirə qoşularaq bildirib ki, Tərtər hadisələri ilə bağlı yayılan məlumatların əksəriyyəti həqiqəti əks etdirmir:
    "2 minə yaxın insanın işgəncəyə məruz qalması mümkün deyil, amma hərbçilərin döyülməsi və işgəncə faktları olub. Təəssüf ki, onlar arasında ölənlər də olub.
    Deyilən rəqəmlərin əksəriyyəti isə əsassızdır.
    Bu işgəncə prosesində iştirak edən hərbçilər Hərbi Prokurorluq tərəfindən müəyyən edilib və onlar məsuliyyətə cəlb olunub.
    Aprel döyüşlərində Ordumuz böyük şücaət göstəriblər. Aprel döyüşlərindən sonra xarici dövlətlər və xüsusi kəşfiyyat orqanları Azərbaycan Ordusunda casus və satqın axtarışına çıxmışdılar. Müəyyən qədər öz məqsədlərinə də nail oldular. Bu məsələlərdən sonra belə hadisələrin baş verməsi də müəyyən qədər narazılıqlar yaratdı.
    İşgəncə etdikləri deyilən və həbs olunan hərbçilərin əksəriyyəti də Aprel döyüşlərində xüsusi şücaət göstərənlər idi. Onların gözləri qarşısında hərbçi yoldaşları şəhid olublar. Ona görə də onlar digərlərindən sərt davranıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR