AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

6 nəfərin ölümünə səbəb olan tələbə universitetdən çıxarılacaq? - AÇIQLAMA

  • + A
  • - A
  • 23-10-2021, 12:13


    Oktyabrın 13-də Bakıda altı nəfərin ölümü, 20-dən çox şəxsin yaralanması ilə nəticələnən ağır yol qəzasını törədən Əzizov Mahmud Babagözəl oğlu Bakı Mühəndislik Universitetinin tələbəsi olub.

    Bakı Mühəndislik Universitetindən bildirilib ki, M.Əzizov universitetdən xaric olunub-olunmaması ilə bağlı məsələ hələ ki müzakirə edilmir:

    “Məlum hadisəni törədən Əzizov Mahmud Babagözəl oğlu barəsində istintaq davam edir. Məhkəmə yekun qərar verdikdən sonra Universitetə rəsmi şəkildə məlumat göndəriləcək. Artıq bundan sonra tələbənin universitetdən xaric olunub-olunmaması ilə bağlı hər hansı bir qərar verilə bilər. Hələlik bu istiqamətdə heç bir qərar qəbul edilməyib”.

    Qeyd edək ki, 13 oktyabr 2021-ci il tarixində saat 06:40 radələrində Əzizov Mahmud Babagözəl oğlu idarə etdiyi “Mercedes-Benz” markalı, 99-DH-343 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən qarşıda gedən Abdullayev Tahir Ruhulla oğlunun idarə etdiyi “Daewoo” markalı, 10-TH-116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb, nəticədə avtobus səkidə və yol kənarında dayanan adamların üzərinə aşıb.

    Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

    Qəzaya yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulamasının səbəb olduğu bildirilib. Yük avtomobilinin sürücüsü Əzizov Mahmud Babagözəl oğlu həbs edilib.

    //oxu.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR