Cəlilabad rayon Mədəniyyət Mərkəzi və Dövlətbəyli kənd klubunun əməkdaşları Vətən müharibəsi Şəhidlərini yad ediblər - Fotolar
Cəlilabadda şəhid məzarları ziyarət olunur.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Oktyabrın 22-də Cəlilabad rayon Mədəniyyət Mərkəzi və Dövlətbəyli kənd klubunun əməkdaşları Vətən müharibəsi şəhidləri Ələkbər Əlövsət oğlu Musayev, Aqşin Xudakərim oğlu Mehdiyev və Kamran Yaşar oğlu İsgəndərlinin anım mərasimlərində iştirak ediblər.
Mədəniyyət işçiləri sonra şəhidlərin məzarını ziyarət edib, mərhumlara dualar oxuyub, məzarlara gül dəstələri qoyublar.
Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi.
Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır.
Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlir.
Bu gün torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirik!
Ülkər Piriyeva