AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Koreya Milli Assambleyasının deputatı Azərbaycanın Vətən müharibəsi şəhidlərini yad edib

  • + A
  • - A
  • 27-10-2021, 17:37

    Koreya Milli Assambleyasının deputatı Azərbaycanın Vətən müharibəsi şəhidlərini yad edib

    Koreya Respublikası Milli Assambleyasının deputatı, Koreya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cunq Hiyonq Vətən müharibəsinin birinci ildönümü ərəfəsində Azərbaycanın Koreyadakı səfirliyinə məktub ünvanlayaraq 44 günlük müharibədə həlak olan şəhidlərimizlə əlaqədar dərin hüznlə başsağlığı verib.
    Məktubunda gələn il Koreya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağını bildirən deputat Cunq Hiyonq bu hadisəni əhəmiyyətli tarix kimi dəyərləndirib. Qeyd edib ki, gələcəkdə ölkələrimiz arasında münasibətlərin inkişafına dəstək verilməsində, dostluq və əməkdaşlığın gücləndirilməsində, o cümlədən, işğaldan azad olunmuş Qarabağ bölgəsində sülhün qorunub saxlanması və bərpa layihələrinin icrasında Koreya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR