“Azərbaycanla İran arasındakı aşkar gərginlik mərhələsi başa çatıb".
AzadMedia.az TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian oktyabrın 27-də Tehranda Əfqanıstanın qonşularının toplantısının yekununa həsr edilən mətbuat konfransında bildirib.
“Bizim Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla təmaslarımız olub. Fikirmcə, açıq gərginlik mərhələsinin başa vurmuşuq. İki ölkə arasında olan problemlərin tədricən həll olunacağını ehtimal edirəm”, - nazir vuruğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.