AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Valideynləri vəfat edən şəhidlərin bacı-qardaşına ev verilsin”

  • + A
  • - A
  • 29-10-2021, 11:51


    Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar cari məsələlər ətrafında bir sıra təkliflərini irəli sürüblər.

    Deputat Razi Nurullayev çıxışında təbii qaz və elektrik enerjisinin qiymətinin artırılmasının sosial vəziyyətə təsirindən danışıb: “Ərzaq məhsulları çox bahalaşıb. Ancaq belə getsə, zənbillər dolmayacaq”.

    Deputat təklif edib ki, parlamentdə hökumət saatı müəyyənləşdirilsin: “Hər həftə bir nazir suallarımızı cavablandırsın”.

    Deputat Məlahət İbrahimqızı məktəbəqədər təhsilin Təhsil Nazirliyinə verilməsini təklif edib. Həmçinin o, boşanmaların digər qonşu ölkələrlə müqayisədə Azərbaycanda sürətlə artdığını vurğulayıb.

    Millət vəkili Fazil Mustafa isə ata-anaları vəfat edən şəhidlərin bacı-qardaşlarının mənzillə təmin edilməsini təklif edib: “Elə şəhidlərimiz var ki, ata-anaları rəhmətə gedib. Onların bacı- qardaşları var. Bacı- qardaşlar da onların himayəsində idi. Ancaq mənzil məsələsi, müavinətlər onlara şamil edilmir. Bu ailələrin sayı çox deyil. Onları nəzərə almaq lazımdır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR