AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

YAP Masallı rayon təşkilatı aparatında “Dəmir yumruq yerindədir” adlı tədbir keçirilib - Fotolar

  • + A
  • - A
  • 29-10-2021, 20:43



    Masallıda “Dəmir yumruq yerindədir!” adlı tədbir təşkil olunub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 28 oktyabr 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında Zəfər gününün birinci ildönümünə həsr olunmuş “Dəmir yumruq yerindədir” mövzusunda Vətən müharibəsi iştirakçıları eləcə də bu döyüşlərdə iştirak etmiş Masallı Dövlət Regional Kollecinin tələbələri ilə görüş keçirilib.

    Görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Seyfəddin Əliyev açmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Seyfəddin Əliyev Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. Seyfəddin Əliyev şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən, danışaraq əldə olunan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb.O, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd edib.

    Seyfəddin Əliyev qeyd etdi ki, artıq Qarabağ xalqımız üçün arzu deyil, reallıqdır. Bu reallığı yaradan və qələbəmizi təmin edən Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla, fədakar əsgər və zabitlərimizə bir daha sonsuz minnətdarlığımızı bildirik.

    Görüşdə Masallı rayon İcra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Nahid Rəhimov, Vətən müharibəsi iştirakçılarından Cəmaləddin Məmmədov, Təbriz Səfərov, Cavid Nuri və başqaları çıxış edərək Vətən müharibəsinin unudulmaz təəssüratları xatırlanıb.

    Sonra bir qrup Vətən müharibəsi iştirakçılarına Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR