AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputatın icbari sığortasını pozan şəxslər məsuliyyət daşıyacaq

  • + A
  • - A
  • 30-10-2021, 12:48


    “Milli Məclisin deputatının statusu haqqında” qanuna dəyişikliklər edilməsi təklif olunur.

    Layihəyə əsasən deputatın dövlət icbari şəxsi sığortasının aparılmasına nəzarət və deputatın dövlət icbari şəxsi sığortası qaydalarının pozulmasına görə məsuliyyət müəyyənləşir. Belə ki, deputatın dövlət icbari şəxsi sığortası ilə bağlı tələbləri pozan şəxslər Mülki, İnzibati və Cinayət Məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqlar.

    Bildirək ki, sığortaolunanların dövlət icbari şəxsi sığortası hər il dövlət büdcəsinin vəsaiti hesabına aparılır. Deputatın icbari sığortası ilə bağlı mübahisələr inzibati və məhkəmə qaydasında həll edilir.

    Qeyd edək ki, layihə təklif edilən dəyişiklik parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin noyabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Qanun qəbul olunduqdan sonra 2022-ci ilin yanvarın 1-də qüvvəyə minəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR