AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pedofillərlə bağlı cəza sərtləşdirilməlidir

  • + A
  • - A
  • 30-10-2021, 18:58

    Tərvin Quliyeva,
    Bakı şəhər üzrə uşaq evlərinin kuratoru

    İmişlidə 11 yaşlı qızın hamilə qalması xəbəri hamımızı sarsıtdı.

    Bu hadisə həm də ailədə valideynlərin rolunun təkcə büdcəyə pul gətirməkdə maraqlı olmamasını, övladları ilə fərdi maraqlanmasını önə çəkdi. Sosial şəbəkələrdə yazılanları oxuyanda görürük ki, pedofil atalıq nə qədər qınanılırsa, yaxasını məsuliyyətdən kənara çəkməyə çalışan, gününü dolanışıq üçün soğan yığmaqla, çörək bişirməklə keçirdiyini deyən ana da bir o qədər qınanılır.

    Bəli, insanları digər canlılardan fərqləndirən xüsusiyyətlər var. Ana heyvanlar da övladları üçün yem daşıyıb onları bəsləyirlər. İnsanı digər canlılardan onun şüuru fərqləndirir. Analar ailəyə maddi dəstəklə yanaşı, öz mənəvi dəstəklərini də heç vaxt əsirgəməməlidirlər. Ana qızının evdə davranış fərqliliyini görməliydi. Ana qızının fizionomiyasında baş verən dəyişikliyi görməli idi. Ana 1 il deyil pedofillə ailə kimi bir yerdə yaşayırmış. Vaxtlı-vaxtında təkliyə salıb uşaqlarından atalıqlarının evdə tək qalanda onlara münasibətilə maraqlanmalıydı. Qohumlar da həmçinin. Onların da uşaqda dəyişikliyi görməzdən gəlməsi təəssüf yaradır. İcra nümayəndəsi və məktəb də bu məsələdə yaxasını məsuliyyətdən kənara çəkə bilməz. Təbii ki, hər kəs məsuliyyətsizliyinə görə üzərlərinə düşən cəzanı çəkəcək. Bununla da məsələni bitmiş hesab edəcəklər.

    Bu hadisədə cəzası bitməyən, uşaqlığı əlindən alınan, ailə sözünü həmişə travma ilə xatırlayacaq iki qurban var, o da dünəndən reanimasiyada qeysəriyyə əməliyyatına məruz qalmış, ölüm-qalım mücadiləsi verən 11 yaşlı qızcığaz və dünyaya gətirdiyi körpəsidır. Onların yaralarına kim məlhəm olacaq? Bütün olanları qorxulu bir yuxuymuş kimi 11 yaşlı qızın yaddaşından kim siləcək? Bax, hələki heç birimiz bu sualın cavabını bilmirik, ona görə də cəmiyyət olaraq hanımızın bu məsələdə günahımız var. Bundan belə məktəbdə, qonşuda, qohumlar arasında hər birimiz ayıq-sayıq davranmalıyıq. Baş verəcək hansısa xoşagəlməz hadisələrin qarşısının alınmasına səbəb olmalıyıq. O zaman işbazlar, fürsətcillər də ictimai qınaqdan çəkinər. Yazımın sonunda üzümü millət vəkillərinə tutub xahiş etmək istəyirəm ki, tribunadan pedofillərlə bağlı cəzaların sərtləşmısini səsləndirsinlər. Onlar ən ağır cəzanı haqq edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR