Leyla Abdullayeva KİV-in erməni terrorçu Ambik Sassunyanın həbsdən azad edilməsi ilə bağlı Azadmedia.az-ın sorğusuna cavab olaraq bildirdi ki, ABŞ-ın Los-Anceles şəhərində 1982-ci ildə Türkiyə diplomatı Kamal Arıkanı qətlə yetirən erməni terrorçu, ASALA üzvü Ambik Sassunyanın həbsdən azad edilməsi qərarını pisləyirik: "Bir terrorçunun azadlığa buraxılması təhlükəli olmaqla yanaşı, terrorçuluğun təşviq edilməsinə xidmət edir.
Həbsdə olarkən, 2012-ci ildə “Hay Zinvor” adlı erməni hərbi jurnalına verdiyi müsahibəsində A.Sassunyanın erməni əsgəri olduğu və Azərbaycanın o zaman işğal altında olan Qarabağ ərazisində döyüşməyə hazır olduğunu bildirməsi bu terrorçunun heç də islah olmadığını nümayiş etdirir".
Ermənistan KİV-də yayılmış məlumata əsasən bu ölkədə olduğu bildirilən terrorçunun hər-hansı şəkildə qəhrəmanlaşdırılması cəhdlərinin qarşısı alınmalıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.