AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Fulya” sənədli filminin Nizami Kino Mərkəzində təqdimatı keçirildi - Fotolar

  • + A
  • - A
  • 31-10-2021, 22:18


    Paytaxt Bakıda tanınmış türkiyəli telejurnalist Fulya Öztürkün 44 günlük Vətən müharibəsindəki fəaliyyətindən bəhs edən “Fulya” filminin təqdimatı keçirilib.

    Azadmedia.az xəbər verir ki, qala gecəsində rəsmi şəxslər, diplomatlar, paytaxt ictimaiyyətinin tanınmış nümayəndələri, media təmsilçiləri, eləcə də filmin baş qəhrəmanı Fulya Öztürk iştirak edib.

    Film Vətən müharibəsi ilə bağlı həqiqətlərin media vasitəsilə dünya birliyinə çatdırılmasında Fulya Öztürkün fəaliyyəti əsasında çəkilib.

    Müharibə kadrları və çəkilişlər Gəncə, Bərdə, Tərtər, Ağdam və Şuşada aparılıb. Böyük zəfərə aid kadrlar isə Bakı şəhərindəki izdihamlardan götürülüb.

    Azərbaycan və Türkiyənin müştərək istehsalı olan “Fulya” sənədli filminin oktyabr ayının 31-də Nizami Kino Mərkəzində təqdimatı keçirildi.

    44 günlük Vətən müharibəsində öz xidməti vəzifələrini yerinə yetirən türkiyəli jurnalist Fulya Öztürk və operator Halil Kahramanın yaşadıqlarından bəhs edən filmin çəkilişləri bu ilin iyun ayında Gəncə, Bərdə, Tərtər və Bakı ərazisində aparılıb. Filmin rejissorları Aykut Taşkın və Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur.

    Film “Azərbaycanfilm” kinostudiyası ilə Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalıdır.

    Təqdimatda “Fulya”nın yaradıcı heyəti, həmçinin filmin qəhrəmanları - Türkiyəli media nümayəndələri Fulya Öztürk və Halil Kahraman iştirak ediblər.

    Xatırladaq ki, “Fulya” filmi oktyabr ayının 8-dən etibarən Türkiyənin, oktyabrın 28-dən etibarən isə Azərbaycanın kinoteatrlarında nümayiş olunur.

    Qeyd edək ki, 44 günlük Vətən müharibəsində qazandığımız qələbə, Ordumuzun qəhrəmanlığı, eləcə də işğalçı Ermənistanın mülki əhalimizi hədəf alması Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə dünya ictimaiyyətinə çatdırılıb. Bu prosesdə telejurnalist Fulya Öztürkün reportyorluğu ilə “CNN Türk” telekanalının rolu adıçəkilən filmdə əksini tapır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR