AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

KKTC Prezidenti Ersin Tatar - “Azərbaycanın zəfəri bizim, Türkiyənin və bütün Türk dünyasının qələbəsidir” - Reportaj

  • + A
  • - A
  • 12-11-2021, 08:11


    Şimali Kipr Türk Cumhuriyyəti prezidenti Ersin Tatar Azadmedia.az-a verdiyi açıqlamada Azərbaycandakı prosesləri böyük sevgi, həsrət və dua ilə izlədiklərini bildirərək, “Azərbaycanın zəfəri bizim, Türkiyənin və bütün Türk dünyasının qələbəsidir” - dedi.

    "Qarabağ Zəfəri münasibətilə Azərbaycan Prezidenti Cənab İlham Əliyevi və qələbənin 1-ci ildönümünü təbrik edən Cənab Ersin Tatar eyni irqin, eyni millətin övladları olaraq ürək və tale birliyi ilə hərəkət etmək lazım olduğunu, gələcəkdə birlikdə güclü olmaq üçün belə bir siyasət inkişaf etdirməliyik, birlik və bərabərliyin davam etməsi üçün bizlərin əleyhinə olanlara qarşı dik durmalıyıq" – deyə dilə gətirib.

    Kipr türk xalqının bu gün Şərqi Aralıq dənizində türk dövləti olmağı bacardığını ifadə edən Prezident Tatar, "Bizim mübarizəmiz sizin də mübarizəniz olmalıdır. Birlikdə hərəkət etməliyik. Böyük Türk dünyasına baxdığımızda hamımızın ortaq arzuları və tale birliyi var. Artıq birlikdə və güclü olmaq zamanıdır” – deyib.

    Bununla yanaşı, Kipr türklərinin illərdir Kiprdə böyük əsarət və zülm yaşadıqlarına diqqət çəkən Tatar, məzlum xalqların yaşadıqlarının heç vaxt unudulmaması lazım olduğunu bildirib. Şərqi Aralıq dənizində sizin də şərəf və ləyaqətiniz olan KKTC-ni qorumağınız və sahib çıxmağınız lazımdır. Çünki biz də böyük Türk dünyasının bir parçasıyıq. Kipr türk xalqı sizin qardaşınızdır, Kıbrıs türk xalqı mücahid bir xalqdır. Kipr türk xalqı yunan-roma ikilisinə qarşı sona qədər vuruşmuş, şəhidlər vermiş, sonuna qədər müqavimət göstərmişdir.

    Tatar Kiprin türk dünyasının şərəf və ləyaqət məsələsinə çevrildiyini vurğulayaraq, Türkiyə kimi Azərbaycanın da onlara dəstək verməsi lazım olduğuna diqqət çəkib.

    Siyasət Bilimci Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR