“Heydər Əliyev Konstitusiyamız və milli ideologiyamızın banisidir” adlı tədbir təşkil olunub.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Noyabrın 12-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində 12 noyabr Konstitusiya Günü ilə əlaqədar olaraq “Heydər Əliyev Konstitusiyamız və milli ideologiyamızın banisidir” adlı tədbir keçirilib.
Tədbirdə Mərkəzin rəhbərliyi, əməkdaşları, Yardımlı şəhər 3№-li tam orta məktəbin şagirdləri və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yardımlı nümayəndəliyinin rəhbəri Səfail İbişli iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Daha sonra dəyirmi masa ətrafında davam edən tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş Şəhidlərimizin və müstəqil Azərbaycan Respublikasının memarı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir iştirakçılarını salamlayaraq sözə başlayan Mərkəzin direktoru Aqil Ağayev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı danılmaz xidmətləri barədə geniş məruzə ilə çıxış edib.
A.Ağayev, milli ideologiyamıza söykənərək, dövlətin və xalqın maraqlarını hərşeydən üstün tutmaqla müstəqil Azərbaycan Respublikasının və Konstitusiyasının memarının məhz Ulu Öndər Heydər Əliyev olduğunu qeyd edib.
Sonra Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışının ölkəmiz, xalqımız üçün əvəzsiz töhvə olduğunu qeyd etmiş, həmçinin vətəndaşların siyasi,sosial,mədəni inkişafını özündə ehtiva edən ali, hüquqi sənəd olan Konstitusiyamızın məhz Heydər Əliyevlə təşəkkül tapmasını və təsdiqlənməsini diqqətə çatdırmışdır.
Tədbirin sonunda “Dahi Şəxsiyyət” filmi nümayiş olunub və Mərkəzin əməkdaşı Tural Kərimovun müşayiəti ilə məktəblilər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Ülkər Piriyeva