Rusiyanın xarici işlər və müdafiə nazirləri Sergey Lavrov və Sergey Şoyqu öz fransalı həmkarları ilə Qarabağdakı cari vəziyyəti müzakirə ediblər.
Jan-İv lö Drian və Florans Parli ilə görüş Parisdə Fransa-Rusiya Təhlükəsizlik Məsələləri üzrə Əməkdaşlıq Şurası çərçivəsində keçirilib.
Fransa XİN-in rəsmi saytında yer alan məlumata görə, tərəflər görüş zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri kimi Fransa və Rusiyanın Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh sazişinin əldə olunması istiqamətində birgə səyləri müzakirə olunub.
Bununla yanaşı, görüşdə İranın nüvə proqramı da müzakirə mövzusu olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.