AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məclisin sədri Sahibə Qafarovanın ünvanına təbrik məktubları gəlməkdə davam edir

  • + A
  • - A
  • 13-11-2021, 13:41

    Məclisin sədri Sahibə Qafarovanın ünvanına təbrik məktubları gəlməkdə davam edir

    Milli Məclisin sədri Sahibə Qafarovanın ünvanına 8 noyabr – Zəfər günü münasibəti ilə İstanbul Universiteti Ədəbiyyat fakültəsinin tarix bölümünün Türkiyə Cümhuriyyəti tarixi şöbəsinin müdiri, professor Cezmi Eraslan və müəllim heyəti tərəfindən təbrik məktubu daxil olub.
    Məktubda Azərbaycanın erməni işğalı altında olan öz əzəli torpaqlarını azad etməsi və əldə etdiyi möhtəşəm Zəfərin birinci ildönümü ilə bağlı səmimi təbriklər çatdırılır. Türkiyəli müəllimlər Azərbaycana qarşı erməni təcavüzünün və vəhşiliyinin şahidi olduqlarını təəssüflə qeyd edir, xalqımızın qazandığı Qələbəni böyük sevinc hissi ilə qarşıladıqlarını söyləyiblər. Bildirilir ki, onlar bugünədək olduğu kimi, bundan sonra da Azərbaycanın tarixini və möhtəşəm Zəfərini tələbələrə tədris edəcək, geniş ictimaiyyətə çatdırmağa davam edəcəklər.
    Təbrikdə Azərbaycanın əzəmətli qələbəsinin bütün Türk Dünyasını sevindirdiyi vurğulanıb. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əldə edilən böyük Zəfərin ildönümü münasibəti ilə Azərbaycan xalqına və onu təmsil edən Milli Məclisin bütün deputatlarına səmimi duyğular ifadə olunub. Bildirilib ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir və biz birlikdə güclüyük.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR