Bəstəkar-müğənni Pərviz Mahmudovun səhhətində problem yaranıb.
Bu barədə Kult.az-da bildirilib ki, sənətçinin bir neçə gün əvvəl beyninə qan sızıb və xəstəxanaya aparılıb. Pərviz hazırda "Leyla Medical”ın reanimasiya şöbəsindədir. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, 38 yaşlı bəstəkar Aygün Kazımova, Röya Ayxan, Brilyant Dadaşova, Sevda Yahyayeva kimi sənətçilərə mahnılar bəstələyib. Evlidir, 2 övladı var.