Liviya Dövlət Şurasının sədri - Türkiyə Fransanın bu planından xəbərdardır
Türkiyə və Liviya Aralıq dənizində Dəniz Yurisdiksiyasının Delimitasiyası Müqaviləsini imzalayaraq Türkiyənin Şərqi Aralıq dənizindəki hüquq və mənafelərini qorudular.
Azadmedia.az xəbər verir ki, bunu Liviya Dövlət Şurasının sədri Xalid əl-Mişri deyib.
"Türkiyənin bölgədə hüquqları olmasına baxmayaraq, enerji resurslarından istifadə etməməsi üçün atılan addımlar da bu razılaşma ilə aradan qaldırıldı. Liviya və Türkiyə Fransanın Şərqi Aralıq dənizindəki hiyləsindən xəbərdardır. Fransa buna nail olmayacaq. Çünki Liviya Ankara ilə münasibətlərini daha da gücləndirəcək", - deyə Mişri bildirib.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR