AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranda ardıcıl iki güclü zəlzələ: ölənlər var - Video

  • + A
  • - A
  • 14-11-2021, 20:43


    İranın cənubunda 6.1 bal gücündə zəlzələ baş verib.

    Azadmedia.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

    Məlumata görə, zəlzələnin episentri Bəndər-Abbas şəhərindən 59 km şimal-şərqə düşüb.

    Tələfat və dağıntılarla bağlı məlumat verilmir.

    ***

    İranın cənubunda ikinci güclü zəlzələ baş verib.

    Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, episentri Bəndər-Abbas şəhərindən 62 km şimal-qərbdə yerləşən yeraltı təkanların gücü 6.3 bal gücündə olub.

    Baş verən güclü zəlzələ nəticəsində 1 nəfər həlak olub, ən azı 8 nəfər isə xəsarət alıb.

    Bu barədə "Mehr" agentliyi məlumat yayıb.

    ***

    Zəlzələ nəticəsində ölənlərin sayı 2-yə, yaralıların sayı isə 27-yə çatıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR