AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hindistan Rusiyadan aldığı “S-400”ləri Pakistanla sərhəddə yerləşdirəcək

  • + A
  • - A
  • 15-11-2021, 11:30


    Hindistan Rusiyadan alacağı “S-400” zenit-raket sistemlərinin ilk alayını Pakistanla sərhəddə yerləşdirmək niyyətindədir.

    AzadMedia.az “The Economic Times”a istinadən xəbər verir ki, Hindistan sözügedən sistemin bir hissəsini ölkənin Pakistanla qərb sərhədləri yaxınlığında yerləşdirəcək və burada həm Pakistan, həm də Çindən gələn təhdidləri dəf edə biləcək.

    Qeyd edək ki, Hindistan Rusiyadan “S-400” almaq niyyətini 2015-ci ildə bəyan edib. “Triumf” zenit-raket komplekslərinin 5 alayının Hindistana tədarük edilməsi ilə bağlı müqavilə 2018-ci ilin oktyabrında Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfəri zamanı imzalanıb.

    Hindistan Çin və Türkiyədən sonra Rusiyadan bu kompleksləri alan üçüncü xarici alıcı olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR