Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradovun olduğu təyyarə Bakıdan İrəvana uçub.
AzadMedia.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, təyyarənin göyərtəsində sərhəddə toqquşmalar nəticəsində ölən erməni hərbçilərin cəsədləri var.
Bildirilib ki, təyyarədə heç bir əsir yoxdur.
Mənbənin sözlərinə görə, Muradov tərəflər arasında silahlı insidentlərin qarşısının alınması mexanizminin hazırlanması üçün də danışıqlar aparacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.