AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Türkiyə Qafqazın sabitliyinə böyük əhəmiyyət verir” - Akar

  • + A
  • - A
  • 18-11-2021, 14:03


    “Türkiyə Qafqazın sabitliyinə böyük əhəmiyyət verir”.

    Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Erciyez Universitetində 2021-2022 tədris ilinin açılış mərasimində çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, Türkiyə bu bölgədə də sülhün və sabitliyin təmin olunması üçün böyük səylər göstərir.

    “Can qardaşımız Azərbaycan 30 ildir işğal altındakı öz torpaqlarını, Qarabağı 44 gün davam edən “Tək Vətən” hərəkatı ilə Ermənistanın işğalından azad edib. Bu dövrdə haqlı mübarizəsində azərbaycanlı qardaşlarımızın yanında olan Türkiyə bundan sonra da bütün imkanlarıyla “Bir millət, iki dövlət” deyimi ilə qardaşlarının yanında olmağa davam edəcək”, - deyə Akar əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR