Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qousal Azam Sarkerin etimadnaməsini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, İlham Əliyev bu gün həmçinin Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Henq Measın, Çili Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rodriqo Arkosun, Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Maria Elena Alqabrenin da etimadnaməsini qəbul edib
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.