AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda ll Qarabağ müharibəsi qazisi Talıb Qəzənfərli ilə görüş olub

  • + A
  • - A
  • 27-11-2021, 22:40


    ll Qarabağ müharibəsi qazisi Talıb Qəzənfərli ilə görüş təşkil olunub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 26 Noyabr 2021-ci il tarixdə Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin kollektivi ll Qarabağ müharibəsi qazisi Qəzənfərli Talıb Cəmil oğlunu ziyarət ediblər. Ziyarət zamanı Qazimizin keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bölüşüb. Vətən müharibəsi başlandığı gündən etibarən şəxsi heyət arasında qələbəyə inamın yüksək olduğunu bildirib.

    Qəzənfərli Talıb Cəmil oğlu 15 aprel 1999 cu ildə Masallı rayonunun Böyük Xocavar kəndində anadan olub. 2005-2016 cı illərdə Bəyalı Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbində təhsil alıb. 2017-ci ilin aprel ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunda “N” saylı hərbi hissədə davam etdirib. 2018-ci ilin oktyabr ayında ordu sıralarından tərxis olunub.

    27 Sentyabrda başlayan ll Qarabağ müharibəsində könüllü olaraq ön cəbhəyə yollanıb. Qəhrəmanımız Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Qubadlı şəhəri uğrunda gedən döyüşlərdə yaralanıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, Qəzənfərli Talıb Cəmil oğlu Döyüşdə fərqlənməyə görə medalı, Füzulinin azad olunması, Cəbrayılın azad olunması medalı və Xocavəndin azad olunması medalları ilə təltif olunub.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR