AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Gənclər Evi nümayəndələri Şəhid çavuş Cavad İbadovun ailəsini ziyarət ediblər - Foto

  • + A
  • - A
  • 11-11-2021, 23:21


    11 Noyabr 2021-ci il tarixdə Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin kollektivi II Qarabağ müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn çavuş İbadov Cavad Cabir oğlunun ailəsini ziyarət ediblər.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Ziyarət zamanı çavuş İbadov Cavad Cabir oğlunun keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, ailənin qayğıları dinlənilib.

    Cavad Cabir oğlu İbadov 1996-cı ildə dekabrın 10-da Masallı şəhərində doğulub. 2002-ci ildə şəhid Masallı şəhər Sakit Tağıyev adına 4 nömrəli Digah tam orta məktəbinin birinci sinfinə daxil olub. 2013-ci ildə həmin məktəbi bitirib. Orta məktəbi bitirdikdən sonra, 2014-cü ildə Azərbaycan Ordusunda hərbi xidmətə gedib.
    Hərbi xidmətini layiqli başa vurduqdan sonra könüllü olaraq «N» saylı hərbi hissədə və Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində MAXE kimi qulluq edib.
    Azərbaycan Ordusunun Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının çavuşu MAXE (Müddətdən artıq xidmət edən hərbi qulluqçu) Cavad Cabir oğlu İbadov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan Füzuli rayonu istiqamətində ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir. Şəhid çavuş Cavad İbadovun nəşi 29 noyabr 2020-ci il tarixdə Masallı şəhər qəbiristanlığında izdihamla torpağa tapşırıldı. Subay idi.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Masallı şəhərindən olan Vətən müharibəsinin şəhidi Cavad Cabir oğlu İbadov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR