Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində həlak olanların nəşləri bu gün ailələrinə təhvil veriləcək.
Hazırda onların yaxınları Səhiyyə Nazirliyinin Bakıda yerləşən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin qarşısındadır.
Qeyd edək ki, noyabrın 30-u hərbi helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub, iki nəfər yaralanıb.