AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili hicablı xanımların pasport alarkən üzləşdiyi problemdən danışdı

  • + A
  • - A
  • 5-12-2021, 13:41


    Xəbər verdiyimiz kimi dekabrın 3-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin plenar iclası keçirilib. İclasda bir çox məsələlərlə yanaşı, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” qanunda dəyişikliklər məsələsi müzakirə olunub. Müzakirələr zamanı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvu, millət vəkili Ceyhun Məmmədov çox aktual məsələyə - hicablı xanımların şəxsiyyət vəsiqəsi və pasport alarkən qarşılaşdığı problemə, pasportlar və şəxsiyyət vəsiqələrinin verilməsi zamanı qanun çərçivəsində onların nəzərə alınması məsələsinə toxunub və bu problemin kənar qüvvələrin əlində bəhanə olmasına imkan verməməyə səsləyib. Azadmedia. az Millət vəkili Ceyhun Məmmədovun Milli Məclisin tribunasında səsləndirdiyi sözügedən aktual çıxışı təqdim edir və inanırıq ki, yüzlərlə inanclı insanlarımızı narahat edən bu məsələ tezliklə qanun çərçivəsində öz həllini tapacaq:
    Bu qanuna dəyişiklik edərkən mən bir məsələyə diqqəti çəkmək istəyirəm. Bu gün bizim hicablı vətəndaşlarımız şəxsiyyət vəsiqəsi alarkən, eləcə də pasport alarkən müəyyən məhdudiyyətlə üzləşirlər. Bu təlimatdan, qanundan irəli gələn məsələdir, ancaq burada mənim vurğulamaq istədiyim məsələ ondan ibarətdir ki, bu gün radikal quruplar bu məsələdən dövlət əleyhinə çox məharətlə istifadə edirlər. Çox vaxt mətbuatda bu radikal fikirlərin şahidi oluruq, xüsusən də bir sıra dövlətlər bu məsələdən məharətlə istifadə etməyə çalışırlar. Bu, ölkə gündəmini davamlı olaraq zəbt edir. Biz mediada bu barədə axtarış versək, çoxlu sayda yazıların, videoların olduğunun şahidi olarıq. Biz pasport və şəxsiyyət vəsiqələri ilə bağlı yeni bir üsula keçmişik, mən hesb edirəm ki, bir sıra müsəlman ölkələrinin də təcrübəsini nəzərə ala bilərik. Məsələn, Türkiyədə, İranda, ayrı-ayrı dövlətlərdə bu məsələ tənzimlənir. Yani radikal qüvvələrin, radikal təriqətlərin bu məsələdən gələcəkdə istifadəsinin qarşısını almaq üçün mümkün olduğu təqdirdə qanunda belə bir dəyişikliyin nəzərdən keçirilməsini xahiş edirəm”.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR