AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu çərçivəsində Şuşaya səfər təşkil edildi

  • + A
  • - A
  • 5-12-2021, 19:03



    “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu çərçivəsində Şuşaya səfər təşkil edildi.

    Azadmedia.az xəbər verir ki, BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO, ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkil etdiyi “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər təşkil olunub.
    Forumda iştirak edən xarici nümayəndələrin iştirakı ilə həyata keçirilən səfər çərçivəsində qonaqlar Şuşanın tarixi-mədəni irsi, 30 ilə yaxın davam etmiş Ermənistan işğalı dövründə dağıdılıb talan edilmiş tikililər, vandalizmə məruz qalmış abidələr, məscidlər, eləcə də Şuşanın işğaldan azad edilməsindən sonra başlanan quruculuq işləri ilə tanış olublar.

    Qonaqlar Cıdır Düzünü, bərpa edilmiş Molla Pənah Vaqifin məqbərəsini, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini, erməni vandalizminin subyektləri olan Üzeyir Hacıbəylinin, Xan qızı Natəvanın və Bülbülün güllələnmiş büstlərini, Şuşa qalasını və Qazançı kilsəsini ziyarət ediblər. Səfər iştirakçılarına Şuşa şəhərində aparılan quruculuq və bərpa işləri ilə bağlı həyata keçirilən layihə və tədbirlər haqqında geniş məlumat verilib.

    Qeyd edək ki, “Mədəniyyət naminə sülh” qlobal kampaniyası cari ilin iyun ayında BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə Azərbaycan hökuməti tərəfindən irəli sürünüb və mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması və beynəlxalq sülh sistemlərinin gücləndirilməsi, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR