Bu gün Türkiyə Cümhuriyyətinin tanınmış jurnalisti Abdullah Yiğitin qurucusu olduğu 1453Kral Media Grup şirkətinin tərkibində olan “Renk Gazetesi.com” xəbər saytının 1 yaşı tamam olur.
Azadmedia.az xəbər verir ki, Fəaliyyətə başlamasından keçən bir il ərzində sayt Türkiyədən bütün dünyaya səs salıb, xüsusilə 44günlük Vətən müharibəsi dövründə Türkiyə mediası adına verdiyi media dəstəyi ilə Azərbaycanda kifayət qədər tanınmağı geniş oxucu auditoriyasına sahib olmağı bacarıb.
Yarandığı ilk gündən özünə seçdiyi "Xalqın tanında” şüarına əməl edən, bütün kəsimlərdən olan insanlara heç bir ayrı-seçkilik qoymadan söz haqqı verən “Renkgazetesi.com” bu qədər qısa müddətdə çox oxunan, izlənən xəbər saytlarından birinə çevrilib.
Belə ki, 1453Kral Media grupun Azərbaycan nümayəndəsi Azadmedia.az-ın redaktoru politoloq-jurnalist Ülkər Piriyevadır.
Qeyd edək ki, 1453Kral Media grup Azərbaycanda sadəcə jurnalist Xelil Xelilovun rəhbəri olduğu Azadmedia.az xəbər portalı ilə əməkdaşlıq edir.
Azadmedia.az olaraq fəaliyyətə başlamasının birinci ildönümü münasibətilə saytın rəhbəri Abdullah Yiğit və kollektivini təbrik edir, daha böyük uğurlar diləyir, davamlı olmasını arzu edirik!
https://renkgazetesi.com/