AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Məşhur Məmmədov "Sərhədsiz sənətkarlıq” adlı sərgiyə dəstək məqsədilə aldığı əsərləri Masallı rayonu Tarix-Diyarşünaslıq muzeyinə hədiyyə edib

  • + A
  • - A
  • 8-12-2021, 16:00



    Azadmedia.az xəbər verir ki, 3 dekabr 2021-ci il tarixində Bakı şəhərində Milli Məclisin Mədəniyyət Komitəsi, Dövlət Xalça Muzeyi, "Nəfəs"İB, RHİM, Masallı Təhsil Fondunun dəstəyi və "GÜLŞAM" ƏRİB-nin təşkilatçılığı ilə fiziki imkanları məhdud bir qrup gənc rəssamların rəsm əsərlərindən ibarət "Sərhədsiz sənətkarlıq" adlı xeyriyyə sərgi-satış yarmarkası keçirilib.



    Sərginin təşkilati dəstəkçilərindən olan Masallı şəhər 70 saylı dairənin Millət vəkili Məşhur Məmmədov gənc rəssamları ruhlandırmaq məqsədilə satışa qoyulan iki əsəri alaraq, Masallı rayonu Tarix-Diyarşünaslıq muzeyinə hədiyyə olaraq göndərib.

    Qeyd edək ki, hədiyyə olaraq göndərilən rəsm əsərlərini qəbul edən Masallı rayonu Tarix-Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva bu gözəl təşəbbüsə görə, Millət vəkili Məşhur Məmmədova, eyni zamanda, hədiyyələrin çatdırılmasının icraçıları olan nümayəndələr Millət vəkili M.Məmmədovun köməkçisi Rəmzi Şahverdiyev, Masallı Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirova öz dərin təşəkkürünü bildirib.


    Biz də, Azadmedia.az xəbər portalı əməkdaşları adına məhz, belə gənclərimizin əsərlərinə üstünlük verən, həmçinin sənətə, sənətçiyə, istedada, gənclərə dəstəyini sözdə yox, hər zaman əməldə göstərən Millət vəkili Məşhur Məmmədova minnəttarlığımızı bildirik!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR