“Expo 2020 Dubai” sərgi çərçivəsində Milli Caz Konserti təşkil edildi
![]()
Azadmedia.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən “Expo 2020 Dubai” sərgisi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə dekabrın 9-da Azərbaycan pavilyonunda “BUTA JAZZ CONCERT BY SHAHIN NOVRASLI’S” caz konserti təşkil edilib. ![]()
Konsertdə ölkəmizi Şahin Növrəslinin rəhbərlik etdiyi qrup təmsil edib.
Tədbirin proqramı etno-caz, muğam-caz və milli-caz janrlarının sintezini əhatə edir.
Konsert tamaşaçılar tərəfindən yüksək maraqla izlənilib.![]()
![]()
![]()
![]()
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.