AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsi kollektivi ll Qarabağ Müharibəsi Qazisi Əsgər Səlimovu ziyarət edib

  • + A
  • - A
  • 14-12-2021, 14:48




    “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsindən Azadmedia.az-a verilən məlumata görə, 13 Dekabr 2021-ci il tarixində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi ll Qarabağ Müharibəsi Qazisi Əsgər Səlimov Məmməd Vahid oğlunun ailəsini ziyarət edib.

    Belə ki, ziyarət zamanı Qazimizin keçdiyi şərəfli
    döyüş yoldan söhbət açılıb, qayğıları
    dinlənilib.Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bizimlə bölüşüb.

    Vətən Müharibəsi başlandığı gündən etibarən şəxsi heyət arasında qələbəyə inamın yüksək olduğunu bildirib.

    Qazi Səlimov Məmməd Vahid oğlu 11 Aprel 2001 ci ildə Masallı Rayonunun Təzə Alvadı kəndində anadan olmuşdur. 2008-2019 cı illərdə Masallı Rayon
    Təzə Alvadı kənd tam orta məktəbində
    təhsil almışdır.

    2019 -ci ilin Aprel ayında çağırışçı kimi hərbi xidmətə yollanmış.Həqiqi Hərbi Xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Tərtər Rayonunda “N” saylı hərbi hissədə davam etdirmişdir. 2020-ci ilin Dekabr ayında ordu sıralarından tərxis olunub.

    Qəhrəmanımız Ağdərə, Tərtər, Suqovuşan və
    Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir.
    Ağdərə rayonu uğrunda gedən döyüşlərdə yaralanmışdır.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR