AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonu Şərəfə kənd orta məktəbinin 100 illiyi münasibətilə tədbir keçirilib - ÖZƏL

  • + A
  • - A
  • 15-12-2021, 17:13


    Şərəfə kənd orta məktəbinin 100 illiyi münasibətilə tədbir təşkil edilib.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Dekabrın 14-də Masallı rayonunun qocaman təhsil ocaqlarından olan Qəhrəman İsmayılov adına Şərəfə kənd orta məktəbinin təsis olunmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

    Belə ki, Masallı rayon Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və digər rəsmilər, ictimai xadimlər, Şərəfə kəndindən olan tanınmış şəxslər, ziyalılar, təhsil işçiləri və başqaları iştirak edib.

    Tədbirdə professor Fərahim Sadıqov, Şərəfə kəndi şəhid Qəhrəman İsmayılov adına tam orta məktəbin direktoru Gülcan Kərimova, təhsil işçisi Nahidə Məmmədova, yazıçı-publisist Nurəddin Ədiloğlu, ictimai fəal Arzu Bağırova və digər başqaları çıxışlarında Şərəfə kəndinin ilk təhsil fədailərindən olan Mirzə İsmayıl Əzimovun Şərəfədə və ətraf kəndlərdə təhsil və maarifin inkişafı sahəsindəki xidmətlərindən danışıblar. Çıxışçılar həmçinin, məktəbin yaradıldığı gündən bugünədək olan tarixinin bir sıra əlamətdar və vacib məqamlarına toxunub, ötən bir əsrlik dövr ərzində təhsil sahəsində əldə edilmiş nəticə və göstəricilərdən bəhs ediblər.

    Onlar eyni zamanda, məktəbin müstəqillik illərindəki fəaliyyətinə də nəzər salıb, vaxtilə sözügedən təhsil müəssisəsində oxumuş bir çox tanınmış məzunların uğurlarından söz açıblar.

    Rəsmi hissədən sonra söz musiqiyə verilib. Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin solistləri Miriş Hüseynov və Şamo İbayev zövqlü musiqi nömrələri səsləndiriblər. İfalar auditoriya tərəfindən rəğbətlə qarşılanıb.

    Sonda xatirə fotosu çəkilib.

    Ülkər Piriyeva












    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR