AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “Qan yaddaşımız” mövzusunda ədəbi-bədii proqram nümayiş olunub

  • + A
  • - A
  • 22-01-2022, 20:23

    Masallıda “Qan yaddaşımız” mövzusunda ədəbi-bədii proqram nümayiş olunub

    “Qan yaddaşımız” mövzusunda ədəbi-bədii proqram təşkil olunub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı İncəsənət Məktəbində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş “Qan yaddaşımız” adlı ədəbi-bədii proqram nümayiş olunub.

    Belə ki, tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları, məktəbin kollektivi, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

    Anım tədbirində həmçinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşı Ayaz Əliyev çıxış edərək, 20 Yanvar faciəsini ölkəmizin müstəqilliyi və xalqımızın azadlığı yolunda vacib tarixi-siyasi mərhələ kimi dəyərləndirib, qanlı hadisələrin ölkəmizin müasir tarixinə hüzn və qürur səhifəsi olaraq əbədi yazıldığını söyləyib.

    Sonra 20 Yanvar faciəsi ilə bağlı ədəbi-bədii proqram təqdim olunub.

    Qeyd edək ki, tədbirdə məktəbin şagirdlərinin ifasında qanlı hadisələrin qurbanlarına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR