AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azərbaycanın inkişafını və milli gücünün artmasını təmin edən çox mühüm amillərdən biri dövlət gənclər siyasətinin həyata keçirilməsidir”

  • + A
  • - A
  • 1-02-2022, 14:36

    “Azərbaycanın inkişafını və milli gücünün artmasını təmin edən çox mühüm amillərdən biri dövlət gənclər siyasətinin həyata keçirilməsidir”

    Bu siyasət konseptual xarakter daşıyır, zamanın çağırışlarına və dövrün reallıqlarına cavab verir. Gənc dövlət olan Azərbaycanda gənclər siyasətinin səmərəliliyi bir çox sahələrdə - siyasi, ictimai iqtisadi, mədəni-humanitar və digər sahələrdə ardıcıl nailiyyətlərin qazanılmasını şərtləndirir”.
    Bu fikirləri Gənclər Mərkəzi İctimai Birliyinin sədri Kənan Qubadzadə deyib.
    Azərbaycanda dövlət gənclər siyasətinin əsasının xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu söyləyən K.Qubadzadə əlavə edib ki, Ulu Öndər gənclərə daim xüsusi diqqət və qayğı göstərib: “Heydər Əliyev gənclərin potensialından səmərəli istifadə edilməsinə, onlara məqsədyönlü fəaliyyət göstərmələri üçün əlverişli şərait yaradılmasına daim böyük önəm verib. Eyni zamanda, Ümummilli Lider tərəfindən bu istiqamətdə müvafiq fərman və sərəncamların imzalanması gənclər siyasətinin hüquqi əsaslarının formalaşmasını təmin edib. Gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılması məqsədilə Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılıb. Ümummilli Liderin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-sinin Azərbaycan Gəncləri Günü elan edilməsi isə gəncliyin inkişafına xüsusi əhəmiyyət verilməsinin daha bir nümunəsidir. Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev isə gənclər siyasətini tarixi ənənələr, mütərəqqi dəyərlər, yeni çağırışlar əsasında uğurla davam etdirir. Prezident İlham Əliyev “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”,-deyə bildirib”.
    “Dövlət başçısının müvafiq sərəncamına əsasən 2007-ci ilin “Gənclər ili” elan edilməsi bu baxımdan xüsusi qeyd edilməlidir. 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, 2013-cü il 2 iyul tarixində isə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi və digər addımlar da cəmiyyətdə təqdirlə qarşılanıb. Bunlarla yanaşı, “Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər), “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” və digər bu kimi sənədlərin qəbul edilməsi gənclər siyasətinin səmərəliliyini daha da artırıb”,-deyə Kənan Qubadzadə əlavə edib.
    Gənclər Mərkəzi İctimai Birliyinin sədri bu gün Azərbaycan gəncliyinin öz üzərinə düşən vəzifələri layiqincə yerinə yerinə yetirdiyini bildirib: “44 günlük İkinci Qarabağ müharibəsi gənclərimizin rəşadətini, cəsarətini və Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi. İnanıram ki, Azərbaycan gəncləri bundan sonra da ölkəmizin inkişafına layiqli töhfə verəcəklər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR