AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazir Ceyhun Bayramov ilə Gürcüstan xarici işlər naziri David Zalkaliani arasında telefon danışığı olub

  • + A
  • - A
  • 15-02-2022, 18:16

    Nazir Ceyhun Bayramov ilə Gürcüstan xarici işlər naziri David Zalkaliani arasında telefon danışığı olub
    XİN-dən Azadmedia.az-a verilən məlumata görə, 14 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstan xarici işlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.

    Nazir Ceyhun Bayramov, dünən Gürcüstan ərazisində baş vermiş zəlzələ ilə bağlı gürcü həmkarından ölkədə mövcud olan vəziyyəti sorğu edib. Azərbaycanın, ehtiyac duyulduğu təqdirdə, hər zaman dost Gürcüstana yardım etməyə hazır olduğunu ifadə edib.

    Nazir David Zalkaliani zəlzələnin ciddi fəsadlar doğurmadığını söyləyib və nümayiş etdirilən həmrəyliyə görə Azərbaycanlı həmkarına təşəkkürünü bildirib.

    Nazirlər, inkişaf etməkdə olan ikitərəfli münasibətlərin aktual mövzularını, habelə regional məsələləri müzakirə ediblər.

    Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşıdan gələn aylarda keçiriləcək tədbirlər üzrə fikir mübadiləsi aparıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR