AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğanın Afrika ölkələrinə səfəri başladı

  • + A
  • - A
  • 20-02-2022, 19:20

    Ərdoğanın Afrika ölkələrinə səfəri başladı

    Fevralın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Afrika ölkələrinə səfəri başlayıb.

    4 gün davam edəcək səfər ərzində Türkiyə Prezidenti 3 Afrika ölkəsində olacaq.

    Ərdoğan ilk olaraq Konqo Demokratik Respublikasına gedəcək. Türkiyə Prezidenti daha sonra Seneqala və Qvineya-Bisauya gedəcək. Səfər çərçivəsində təkbətək və nümayəndə heyətləri arasında görüşlərin keçirilməsi nəzərdə tutulur.

    Ərdoğanın Seneqala, Konqo Demokratik Respublikasına və Qvineya-Bisauya səfərlərinin kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən şirkətlər üçün yeni imkanların açılmasına və bu sahədə ticarət həcminin artmasına töhfə verəcəyi gözlənilir.

    Bu, prezident səviyyəsində Türkiyədən Qvineya-Bisauya ilk rəsmi səfərdir.

    Ərdoğanın rəsmi səfəri zamanı Türkiyə ilə Afrika ölkələri arasında diplomatik, ticarət və humanitar sahələr üzrə atılacaq addımlar müzakirə olunacaq, ikitərəfli ticarət müqavilələri ətrafında fikir mübadilələri aparılacaq. Eyni zamanda Türkiyə prezidentinin seneqallı həmkarı ilə birlikdə paytaxt Dakarda türk şirkəti tərəfindən inşa edilən 50 min nəfərlik “Dakar Olimpiya Stadionu”nun açılış mərasimində iştirakı da gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR