"Formula 1" üzrə Rusiya Qran-prisi ləğv olunub.
"Formula 1" şirkətinin yaydığı rəsmi açıqlamada bildirilir.
Qeyd edilir ki, Beynəlxalq Avtomobil Federasiyası və komandalarla birgə müzakirələr nəticəsində hazırkı şəraitdə Rusiya Qran-prisinin keçirilməsinin qeyri-mümkünlüyü qənaətinə gəlinib.
Qeyd edək ki, Rusiya Qran-prisi 23-25 sentyabrda Soçidə təşkil olunmalı idi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.