G7 ölkələrinin xarici işlər nazirləri Ukrayna ətrafındakı vəziyyəti və Rusiyanın hərbi əməliyyatını müzakirə etmək üçün fevralın 27-si görüş keçirəcəklər.
Bunu "NHK" telekanalına Yaponiyanın xairici işlər naziri Yosimasa Hayasi deyib.
"Nazirlərin görüşü bu günə planlaşdırılıb", - deyə XİN rəhbəri bildirib.
Onun sözlərinə görə, G7 ölkələri ümumi dəyərləri bölüşürlər və Ukrayna ətrafındakı vəziyyətlə bağlı yaxından koordinasiyada olmağa davam etməlidirlər.
Y.Hayasi əlavə edib ki, Rusiya Federasiyasına qarşı sanksiyalar, o cümlədən Moskvanın "SWIFT"dən çıxarılması məsələsində Yaponiya öz addımlarını ABŞ və Aİ ilə koordinasiya edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.