Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İdarə Heyəti banka üzv olan ölkələrin nümayəndələrindən həm Rusiya, həm də Belarusa qarşı sərt addımları təsdiqləmələrini xahiş edib.
AzadMedia.az bankın saytına istinadən xəbər verir ki, İdarə Heyəti tərəfindən təklif edilən addımlar ölkə nümayəndələri tərəfindən təsdiqlənərsə, Rusiya və Belarusun AYİB-in maliyyə və ekspertizasına çıxışı qeyri-müəyyən müddətlik dayandırılacaq.
Qeyd edək ki, AYİB indiyədək Rusiyaya 788 layihə çərçivəsində 24,301 mlrd. avro, Belarusa isə 142 layihə çərçivəsində 3,087 mlrd. avro ayırıb. Bankın Rusiyadakı aktiv portfelinin həcmi 61 layihə çərçivəsində 939 mln. avro, Belarusdakı aktiv portfelinin həcmi isə 61 layihə üzrə 880 mln. avro təşkil edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.